Azərbaycan nefti bahalaşmaqda davam edir

10:10 01.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 124,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel çoxdur.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 126,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 85,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,42 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 124,38 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,04 dollar/barel çoxdur.