Azərbaycan nefti qalxıb

10:10 15.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti yenidən artıb.

Hafta.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,57 ABŞ dolları və ya 3,5% artaraq 133,34 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.