Azərbaycan nefti ucuzlaşdı

11:10 21.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Hafta.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.1% və ya 0.93 dollar azalaraq 83.37 ABŞ dollarına realizə edilib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.