Azərbaycan neftinin qiyməti 79 dolları ötüb

09:38 04.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

Hafta.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 0,42% və ya 0,33 dollar artaraq 79.18 ABŞ dollara ticarət edilib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.