Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb - VİDEO

14:05 12.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, taktiki təlimlərdə döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək.

Təlimlərdə əsas səylər Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.