Azərbaycan Ordusunun hərbi qulluqçusu qəzada həlak olub - RƏSMİ

09:37 27.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.


Allah rəhmət eləsin!