Azərbaycan peşəkar ordu quruculuğunda uğurlu addımlar atır - General

18:10 08.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Döyüşdə yaranan çətinlikləri, əmələ gələn sualları həll etmək üçün təlimlər döyüş şəraitinə uyğun qurulmalıdır. Tutaq ki, müəyyən yerlər dağlıqdır, keçilməz qayalıqdır, keçilməz çaylar, meşələr var, müəyyən ərazilər arandır. Təlimlərdə bütün bu şərtlər nəzərə alınır.

Bu fikirləri hafta.az-a istefada olan general-leytenant, hərbi ekspert Yaşar Aydəmirov deyib. Onun sözlərinə görə, bundan başqa qonşular nəzərə alınmalıdır. Erməni həmişə bizə düşmən olacaq:

"Onlar hansı taktikadan, hansı fənddən istifadə edəcəklər, hansı təxribatlara əl atacaqlar, onlara qarşını almaq üçün o tədbirlər keçirilir. Ən iri təlim də bütün bu məsələləri nəzərə alaraq döyüş atışları ilə keçirilir. Döyüş atışları, döyüş raket buraxılışları ilə keçirilən təlimlər çox bahalı təlimlərdir. Azərbaycanın buna imkanı var. Azərbaycan pilotları bu gün dünyada ən çox uçan pilotlardır. Azərbaycan topçuları ən çox döyüş atışları keçirən topçulardır. Piyadalar və digər qism döyüş növləri də həmçinin. Buna görə də düşmən bizə qarşı hansı ssenari təşkil etmək istəsə onu bacarmayacaq.  Çünki Azərbaycan bu məsələləri həll edir. Taktiki hərbi təlimlərdə belə bir anlayış var - döyüş qabiliyyətini təyin edən vəzifələr. Bu tank komandiri, raket qurğusunun buraxılış rəisi, heyət rəisləri, maxelər və gizirlərdir. Bu o deməkdir ki, bunlar profesionallardır. Bu, profesional orduya keçidin əsas amilləridir. Çox dövlətlər buna keçə bilmir. Fransa buna keçə bilmədi, adını çəkmək istəmədiyim digər dövlətlər də keçə bilmədi. Amma Azərbaycan bu istiqamətdə uğurlu addımlar atır".