Azərbaycan Prezidenti İƏT Baş katibini “Dostluq” ordeni ilə təltif edib

21:12 08.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Yusif bin Əhməd əl-Osayminin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Hafta.az-ın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl-Osaymin “Dostluq” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Osayminə “Dostluq” ordenini təqdim edib.