Azərbaycan terrora qarşı öz sözünü deyəcək - Politoloq

17:45 30.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

ABŞ-a, Fransa-ya Qarabağda yaşayan ermənilərə statusun verilib-verilməyəcəyi o dərəcədə əhəmiyyətli deyil. Sadəcə bunu bəyan eləməklə və Azərbaycanın da buna heç vaxt getməyəcəyini bilərək münaqişənin davam etməsinə şərait yaradırlar. Bilirlər ki, Azərbaycan orada yaşayan 10-12 min erməniyə hər hansı əlahiddə bir status verməyəcək. Və Prezident son çıxışlarından birində də dedi ki, hər hansı bir imtiyazdan söz gedə bilməz.

Bu fikirləri hafta.az-a politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, bu tamamilə normaldır:

“Sərhədlərə gəlincə, bu gün şərti sərhəddə baş verən hadisələr onu deməyə əsas verir ki, sərhədlərin delimitasiya və demarkasiyası tez bir zamanda öz həllini tapmalıdır. Hansı xəritələr əsasında baş verməlidir, bax əsas məqam budur. Biz bu gün 80-ci illərin sonunun xəritəsi ilə sərhədlərin delimitasiyasında həqiqəti və reallığı ortaya qoya bilmərik. Əgər söhbət Azərbaycanın dünya tərəfindən tanınan ümumi sərhədlərindən gedirsə burada da bir məqamı ortaya qoymalıyıq. Baxaq görək, dünya bu sərhələri nə vaxt tanıyıb.  Biz BMT-yə qəbul olunanda “Azərbaycanın sərhədləri haralardan keçir” deyə müəyyənləşmə olmayıb. Bu güclər dünyanın qəbul etdiyi sərhədlərin tanınmasını istəyirlərsə 1919-cu ildə qəbul olunmuş Paris Sülh Konfransını götürsünlər. Paris Konfransı bütün ölkələrin sərhədlərini xəritə ilə tanıyıb və o sərhədlər daxilində də ölkələri tanıyıb. Azərbaycan o sənəddə 113, 9 min kvadrat kilometrlik ərazisi ilə tanınıb. Buyursunlar, həmin xəritə ilə sərhədlərin delimitasiyasını, demorkasiyasını aparsınlar. 1920 -ci ildə SSRİ-nin bir dənə qərarı ilə Başkənd 4400 hektar ərazisi ilə verildi ermənilərə. Nüvədi, (Lahva)Mehri rayonları bir imza ilə verildi ermənilərə. 1929-cu ildə Naxçıvanın 6600 hektarlıq 9 kəndi bir imza ilə verildi ermənilərə, 1938-ci ildə Kərkinin ətrafında böyük torpaq sahələri verildi ermənilərə.  1968-ci ildə Laçının Qaragöl nahiyəsindən 2200 hektar verildi ermənilərə... Faktlar bununla bitmir. Yəni faktiki olaraq beynəlxalq müqavilələr var. Paris Sülh Konfransında Azərbaycanın sərhədləri ilə bağlı bağlanmış beynəlxalq müqavilə Moskva-Qars müqaviləsidir. Zaqafqaziya respublikaları, Rusiya və Türkiyə arasında bağlanmış müqavilə var. Bütün sərhədlər orada hamısı müəyyən olunub. Buyursunlar o sənədlərin əsasında sərhədləri müəyyənləşdirsinlər. Ona görə də kimsə deyəndə ki, Azərbaycan Ermənistanın sərhədlərinə daxil olur, bunu heç bir halda sübut edə bilməzlər. Digər tərəfdən, sərhəddi keçmişəmsə, yaxşı edib keçmişəm. Amerika, sən 11 sentyabrdan sonra ölkənin təhlükəsizliyini əsas gətirərək Əfqanıstanda hərbi əməliyyatlara başladın. Sən bu gün Suriyada baş verənləri öz ölkən üçün təhlükə hesab edib ora qoşun yeridə bilirsən. Amma divar qonşum mənim ərazimə bomba atır, susmalıyam?!. Keçib mənim ərazimi bombalayır. Bu terror deyil?! Mən terror yuvalarını dağıdıram. Sənin təxribatın, mina basdırmağınla bu iki il ərzində mənim 240 nəfər hərbi, mülki vətəndaşım həlak olub. Necə hesab edirsiz, bu nə deməkdir, kim mənə atəş açır açsın, ölməliyəm amma terror yuvalarını susdurmamalıyam?!. Əlbəttə ki, Azərbaycan terrora qarşı öz sözünü deyəcək, deməlidir...”

Siyasət rubrikasından digər xəbərlər