Azərbaycan və Türkiyə DİN rəhbərləri arasında telefon danışığı olub-FOTO

22:51 22.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Türkiyənin daxili işlər nazirləri Vilayət Eyvazov və Ali Yerlikaya arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "Twitter" hesabında yazıb.

"Jandarm Qüvvələri Komandanı Ordu generalı Arif Çətinlə dost və qardaş ölkə Azərbaycanın daxili işlər naziri cənab Vilayət Eyvazovla telefon danışığı apardıq.

Hörmətli həmkarımla ölkələrimiz arasında sarsılmaz əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", deyə Türkiyə DİN rəhbəri bildirib.

Siyasət rubrikasından digər xəbərlər