Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə uçuşları olub -FOTO

10:10 23.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

Siyasət rubrikasından digər xəbərlər