Azərbaycan Zəngəzur dəhlizindən eyni şərtlər daxilində istifadə etməlidir - Politoloq

20:35 23.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İlkin olaraq onu qeyd etməliyik ki, Zəngəzur dəhliznin siyasi gündəmə gətirilməsi Azərbaycan prezidenti Cənab İlham Əliyevin adı ilə bağlıdır. Çox yaxşı yadımızdadır ki, 10 noyabr Bəyanatının məhz son bəndinə bu məsələnin əlavə edilməsi ölkə başçsının prinsipiallığını ortaya qoyur.

Bu fikirləri hafta.az-a politoloq Amid Əliyev deyib:

"Bu olduqca vacib məqamdır ki, bu məsələ məhz Bəyanatı imzalayan ölkə rəhbərləri tərəfindən təsdiqlənib. Çox təəsüf ki, Ermənistan bu məsələnin müxtəlif siyasi və iqtisadi interpritasiyalarını verməyə çalışır, ancaq Azərbaycanın bu istiqamətdə mövqeyi daha dəqiq və dəyişməzdir. Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Bu barədə ölkə başçısı öz fikirlərini açıq və net şəkildə bildirib.

Sonuncu dəfə isə IX Bakə Qlobal Forumunda iştirakı zamanı bir daha bildirdi ki, Zəngəzur dəhlizi açılmadan sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Bu Ermənistan siyasi rəhbərliyinə və erməni xalqına verilən siyasi bir mesajdır. Əgər ermənilər Laçın dəhlizindən rahat və təhlükəsiz şəraitdə istifadə edirlərsə, Azərbaycan da analoji olaraq Zəngəzur dəhlizindən eyni şərtlər daxilində istifadə etməlidir. Düzdür bir müddət öncə Azərbaycan bu məsələdə İranı alternativ kimi seçdi və Ermənistanı bir daha məsələlərdən kənarda qaldığını göstərdi. Bu həm də bölgənin iqtisadi inkişafının da Ermənistandan yan keçəcəyi anlamına gəldi. Bu məsələ vasitəçilik missiyasını həyata keçirən Aİ rəsmiləri tərəfindən də dəstəkləndi. Bölgə üzrə sülh gündəliyini müəyyən edən əsas tərəf kimi Azərbaycan, məhz bu məsələni də gündəliyə daxil edib.

Sırada Ermənistan tərəfindən konstruktiv addımların atılması gözlənilir. Lakin, Ermənistanın xarici siyasətindəki tərəddüdlü məqamlar eləcə də Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi məsələsindəki gözləntiləri bu istiqamətdə qəti addımların atılmasını bir qədər gecikdirir. Bununla yanaşı, radikal müxalifət, narazı xalq və xarici təzyiqlər də bu məsələnin reallaşmasını gecikdirir.

Bunların əksinə olaraq Azərbaycanın bu məsələdə prinsipial mövqeyi ortadadır. Zəngəzur dəhlizinin açılması təkcə nəqliyyat baxımından deyil, eləcə də enerji ixracı baxımından da vacibdir. Bununla bağlı isə həm region dövlətləri həm də qlobal güc hesab olunan dövlətlər Azərbaycanı dəstəklıyirlər. Bununla yanaşı Zəngəzur dəhlizinin açılmasının gecikməsi və ya reallaşmasına süni əngəllərin yaradılması Laçın dəhlizinin işinə neqativ təsir edəcəkdir.

Qarabağda yenidənqurma və bərpa işlərinin getdiyi bir dövrdə Azərbaycan dövləti üçün bu dəhlizin inşası prioritet olaraq qalır. Çindən Avropaya uzanan ticarət yolunda ortaq dəhliz rolunu oynayacaq bu dəhlizin açılması zaman məsələsidir. Ermənistan siyasi rəhəbərliyi isə onu himayə edən siyasi patronajları və oliqarxiya qrupları ilə ortaq maraq kəsb edən məqamlar tapmalıdır. Əks halda Zəngəzur dəhlizinin həm siyasi, həm iqtisadi və hım də regional əməkdaşlıq çərçivəsindəki əhımiyyəti Azərbaycana imkan verəcək ki, bu məsələni də Ermənistanın rəyi soruşulmadan həll eləsin. Ən azından ona görə ki, bu ərazilər Azərbaycanın taruxi torpaqlarıdır.

Oxunma sayı 159