Azərbaycana dəstəyə görə Kanada bizə embarqo qoydu, biz nə etdik? - Ərdoğan PUA-lar barədə 

21:05 12.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qardaş Azərbaycana verdiyimiz dəstəyə görə Kanada pilotsuz uçuş aparatlarımızda (PUA) istifadə etdiyimiz kameralara embarqo qoydu. Biz nə etdik? PUA-larda öz istehsalımız olan kameralar tətbiq etdik.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib:

"Biz ASELSAN şirkətinin kameralarından istifadə edib yolumuza davam etdik. Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq".