Azərbaycana gələn əcnəbidə COVID-19 aşkarlandı

17:15 21.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycana daxil olan şəxslər arasında COVID-19-a yoluxanlarla bağlı məlumat açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu günə kimi bir nəfərdə pozitiv nəticə aşkarlanıb:

“Azərbaycana daxil olan zaman uyğun PCR arayışı təqdim etməyənlərdən hava limanında test götürülür və karantinə göndərilir.

COVID-19 tesinin nəticəsi pozitiv olan qeyd olunan şəxs qaydalara uyğun olaraq karantinə alınıb. Həmin şəxs Cənubi Afrika vətəndaşıdır”.