Azərbaycanda 12400 eşşək yoxa çıxıb

17:47 05.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son 5 ildə Azərbaycanda eşşəklərin və atların sayı xeyli azalıb.

Hafta.az-ın  
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hər iki heyvan üzrə azalma 12 min başdan çoxdur.

Rəsmi statistikaya görə, 2016-cı ildə ölkədə 35 min 800 eşşək olubsa, 2021-ci ildə uzunqulaqların sayı azalaraq, 23 min 400-ə düşüb. Bu isə son 5 ildə 12400 baş eşşəyin yoxa çıxması deməkdir.

Atların sayına gəldikdə, 2016-cı ildə Azərbaycanda 73 min 700 at olubsa, son 5 ildə bu heyvanlar 13300 baş azalıb. Belə ki, 2021-ci ilin rəsmi statistikasında  atların sayı 60 min 400 baş göstərilib.