Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

23:16 03.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 119 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 517 042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 975 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 541 739 təşkil edir.

Oxunma sayı 359