Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda 32 min nəfər ixtisaslı həkim var.
Hafta.az-ın məlumatına görə, bunu bu gün İcbari Tibbi Sığorta Agentliyinin Cəlilabad rayon Mərkəzi Xəstəxanasına təşkil etdiyi mediatur zamanı Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.
O bildirib ki, Azərbaycanda adambaşına düşən həkim və tibb heyəti standartlara uyğundur: "Hazırda ölkədə tibbi heyətin sayı 100 min nəfərə çatıb. Onlardan 32 min nəfəri ixtisaslaşmış həkimlərdir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda həkim çatışmazlığı yoxdur".