Yazını böyüt
Yazını kiçilt
“Koronavirusa qarşı vaksinasiyada könüllülük prinsipi əsas götürüləcək”.
Hafta.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Vaksinasiya strategiyası barədə məlumat verən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Seymur Musayev bildirib.
Musayev bildirib ki, strategiyada növbəti prinsiplər təhlükəsizlik, şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət və əməkdaşlıqdır:
“Əsas hədəf epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılmasıdır”.