İndi ayıları mikroçiplərlə izləyirlər

12:03 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın Hyoqo prefekturasında ayı populyasiyasını izləmək və idarə etmək məqsədilə heyvanlara mikroçiplər yerləşdirilir.

Hafta.az Kyodo agentliyinə istinadla xəbər verir ki, prefektura ölkədə bu üsuldan istifadə etməklə ayıların sayını qiymətləndirən və populyasiyanın tənzimlənməsi ilə bağlı qərarlar qəbul edən ilk region hesab olunur. Məlumata görə, proqram 2003-cü ildə ayıların nəsli kəsilmək təhlükəsi ilə üzləşməsi fonunda başlayıb. Mikroçiplər vasitəsilə toplanan məlumatlar əsasında populyasiyanın davamlı səviyyədə saxlanılması və insanlarla ayılar arasında qarşıdurmaların azaldılması üçün tədbirlər həyata keçirilir.

İlkin hesablamalara əsasən, Hyoqonun nəzarət etdiyi iki bölgənin hər birində 700-800 ayı yaşayır. Mütəxəssislərin fikrincə, populyasiya hər il təxminən 15 faiz artır.