“Azərbaycanın əlində kifayət qədər müasir silahlar və texnikalar var ki...” - Politoloq

14:38 12.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın öz yuridiksiyasında olan ərazilərində  olan terrorçu, qeyri-qanuni silahlı qüvvələrə qarşı  antiterror əməliyyatı aparmağa hüquqi, qanuni əsasları var”. 

Bunu hafta.az-a politooq Natiq Cəfərli Ermənistan hakimiyytinin danışıqlarda sülhə razılıq verib, ardınca da özünün ordusu ilə sərhəddə  Azərbaycan tərəfə atəş açması və ermənilərin sülhməramlıların iştirakı ilə Qarabağda təxribatlar törədib, özbaşına davranışlarını davam etdirməsi ilə bağlı açıqlamasında bildirib.  N.Cəfərli belə davam edərsə, Azərbayacanın növbəti antiterror əməliyyataını keçirməsini real hesab edib. Onun sözlərinə görə, bu əməliyyatların olub-olmaması danışıqların intensivliyindən və razılıqların qarşı  tərəfdən necə yerinə yetirilməsindən asılı olacaq.  

“Bu yaxınlarda Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatı da sübut elədi ki, əgər danışıqlarda hansısa bir problemlər yaşanırsa və qarşı tərəfin səmimiliyi sual altına düşürsə, danışıqlardan qaçmaq, üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsində problemlər  yaşanırsa, Azərbaycan istənilən halda öz ərazisində antiterror əməliyyatları keçirdə bilər. Söhbət heç də bütün qoşun növlərinin apara biləcəyi əməliyyatlardan getmir. Söhbət “nöqtə” atışlardan da gedə bilər. Azərbaycanın əlində kifayət qədər müasir silahlar və texnikalar var ki, insan amili olmadan, havadan bəlli nöqtələri vurmaqla əməliyyatları həyata keçirdə bilsin”.

Politoloq hesab edir ki, bu, qarşı tərəfə növbəti dərs ola bilər. Onun sözlərinə görə, vəziyyət ona görə qəlizdir ki, bölgədə dayanıqlı sülhün olmasında Kremlin marağı yoxdur.

“Müəyyən məsələlələr bağlı moderator olmağa  üstünlük verən Kreml dayanıqlı və daimi sülhün olması, sülh müqaviləsinin bağlanmasını istəmir. Bununla Kremlin hər iki ölkəyə təsir rıçaqları xeyli azala bilər. Ona görə də biz tək Ermənistanın yox, Rusiyanın da hansısa  formada iştirakına görə prosesin ləngiməsinin şahidid oluruq”.

Oxunma sayı 1861
Gündəm rubrikasından digər xəbərlər