Azərbaycanın Ermənistandan beş tələbi açıqlandı - SƏRHƏDLƏR 1919-CU İLİN XƏRİTƏLƏRİ İLƏ...

17:04 03.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ermənistanla aparılan danışıqlar çərçivəsində rəsmi İrəvan qarşısında beş əsas tələb qoyur. Hafta.az bildirir ki, bu barədə “Haykakan Jamanak” qəzeti yazır.

Onlar aşağıdakılardır:

1. "Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu"nun buraxılması;
2. Dağlıq Qarabağın Azərbaycanın tərkibində heç bir muxtariyyət olmadan (sıfır statuslu) tanınması;
3. Ermənistan ərazisindən keçən dəhlizin açılması;
4. 1919-1920-ci illərin xəritələri üzrə delimitasiya və demarkasiya prosesinə başlanılması. (hansı konkret xəritələrdən söhbət getdiyi hələ məlum deyil);
5. Ermənistanı hərbi cinayətlərdə daha da ağır ittiham etmək niyyəti ilə itkin düşmüş azərbaycanlıların taleyinin öyrənilməsi.
Qeyd edək ki, Azərbaycan artıq bir müddətdir ki, Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan beş prinsip təqdim edib. Hansı ki, İrəvan da sözdə danışıqların əsasını təşkil edəcək bu prinsipləri qəbul etdiyini açıqlayıb.

Oxunma sayı 2067