“9 iyun Ümummili Lider Heydər Əliyevin Azərbaycana qayıdışının 30 ili tamam olur. Azərbaycanın gələcək taleyi bu qayıdışla həll olundu”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov bildirib.
Deputat Ulu Öndərin qaydışı ilə Azərbaycanda hərcmərclik, qardaş qanının töküməsinin qarşısının alındığını, ölkədə demokratik seçki sisteminin əsasının qoyulması yönündə ciddi addımlar atıldığını deyib.
S.Novruzov həmin vaxt radikal müxalifətin “silah yolu ilə hakimiyyətə gəlmişik, silahla da qoruyacağıq” prinsipinin Ulu Öndərin qayıdışından sonra tamamilə dəyişərək, demokratik seçki, dialoq mühitində həll olunduğunu və Azərbaycanın gələcəyinə böyük töhfələr verdiyin qeyd edib.
Ulu Öndər radikal müxalifətin 14 may, 24 oktyabrda dövlət çevrilişi ilə hakimiyətə gəlişinə son qoydu və bir çox sahələrdə keirilən uğurlu islahatların Azərbaycanın bütövlüyünü təmin etdiyini dedi.
“Bu gün Azərbaycan inkişaf etmiş Avropa ölkələrinin sirasındadır. Azərbaycan Ulu Öndərin qayıdışı ilə yeni baxışla doğdu. Biz son 30 ildə görülən işlərin hər birinə qiymət verdikcə Ümummilli Lideri xatırlamalı və bugünkü Azərbaycan gəncliyinin diqqətinə çatdırmalıyıq”.