Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə kifayət qədər uğurlu əməkdaşlıq modeli var - Vüqar Bayramov

11:30 27.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Xəzər dənizi bizi ayırmır, əksinə o bizi birləşdirir. Son dövrlər Xəzəryanı ölkələr, xüsusən də Azərbaycanla Mərkəzi Aiya ölkələri arasında əməkdaşlığın güclənməsi müşahidə olunur. Bu, həm də nəqliyyat layihələrində özünü göstərir. Birgə layihələrin reallaşması birmənalı şəkildə region üçün yeni imkanlar yaradır”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Vüqar Bayramov SPECA-ın Bakı zirvəsi ilə bağlı açıqlamasında bildirib.

 V.Bayramov qeyd edib ki, SPECA institusional, əməkdaşlıq formatdır.  Bu da birmənalı şəkildə imkan yaradır ki, ölkələr arasında həm iqtisadi, ticari əlaqələrin genişləndirilməsi, həm də inteqrasiyanın sürətlənməsi mümkün olsun. 

“Son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən digər türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi müşahidə olunur. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə kifayət qədər uğurlu əməkdaşlıq modeli var. Bir tərəfdən Azərbaycan və sözgüdən ölkələr arasında xaric sərhəd dövriyyəsinin son illər kəskin artması müşahidə olunur, digər bir tərəfdən qarşılıqlı investisiya qoyuluşları, o cümlədən humanitar sahədə əməkdaşlığı da müşahidə edirik. Ona görə də bu, birmənalı şəkildə həmin ölkələrdə stabilliyin  və həyata keçirilən müstəqil siyasətin nəticəsi kimi qiymətləndirilməlidir”.

Oxunma sayı 83