Azərbaycanın qaz ixracının həcmi açıqlandı

10:10 15.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar-oktyabr aylarında qaz ixracı 8.2% artıb.

Hafta.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Avropaya 9.8 mlrd. m3, Türkiyəyə 8.1 mlrd.m3, Gürcüstana isə 1.9 mlrd. m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 4.7 mlrd. m3 qazla təchiz edib", - nazir qeyd edib.

Xəbər yenilənəcək