Azərbaycanın U-17 millisi Belarusa uduzdu

22:18 23.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində bu gün ilk oyununu keçirib.

Hafta.az xəbər verir ki, komanda Belarusun müvafiq yaş qrupundan ibarət koollektivi ilə qarşılaşıb. Matçda Azərbaycan millisi 0:4 hesabı ilə məğlub olub. 

Digər oyunda isə Özbəkistan millisi Tacikistana 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, U-17 turnir çərçivəsində Özbəkistan və Tacikistan yığmaları ilə də üz-üzə gələcək.

Oxunma sayı 144