Azərbaycanla Ermənistan arasında atəşkəs Rusiyanın səyləri ilə əldə olunub - Qriqori Karasin

12:11 13.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin jurnalistlərə bildirib ki, Ermənistan-Azərbaycan sərhədində gərginliyin qarşısını almaq üçün səhər saat 9:00-da atəşkəs elan edilib.

Hafta.az-ın məlumatına görə, o qeyd edib ki, buna Rusiyanın səyləri, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbətdən sonra və Rusiya Xarici İşlər Nazirliyinin işi nəticəsində nail olunub.

"Axşam və gecə intensiv iş gedirdi, o cümlədən Rusiya Xarici İşlər Nazirliyi... Məsələ eskalasiyanı dayandırmaq və sərhəd zonasında normal atmosfer yaratmaqdır", - Karasin bildirib.

Onun sözlərinə görə, Paşinyan KTMT-yə üz tutduğu üçün vəziyyət nisbətən sakit, dinc kursa keçirilib, qarşıda çox iş olacaq.