Yazını böyüt
Yazını kiçilt
“AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib.
Hafta.az-ın yazdığına görə, məhz bunun nəticəsidir ki, hesabat ilində hasilat göstəriciləri 62,1 min unsiya qızıl, 223,1 min unsiya gümüşə çatdırılıb. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə qızıl hasilatı 524 unsiya (0,9 faiz), gümüşdə 88,6 min unsiya (65,9 faiz) çox olub. 2017 – 2022-ci illər üzrə cəmi göstərici isə 318 min unsiya qızıl və 711 min unsiya gümüş təşkil edib. 2023-cü ildə isə 62,5 min unsiya qızıl, 108,3 min unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyən edilib.