Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci il iyunun 28-dən etibarən Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir.
Hafta.Az xəbər verir ki, bu barədə AZAL-ın məlumatında bildirilib.
Qeyd edilir ki, uçuşların müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi:
“Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir. Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar”.
Qeyd edək ki, bundan əvvəl Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq aviaşirkət Bakı-Təl-Əviv-Bakı (18 iyun-30 iyun) və Bakı-Tehran-Bakı (19 iyun-30 iyun) marşrutları üzrə uçuşları müvəqqəti dayandırmışdı.