Bakı-Göyçay mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

17:39 21.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmirdə 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, qəza günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan 6 nəfər Göyçay, 1 nəfər Kürdəmir sakini olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin başvermə səbəbi və təfərrüatları araşdırmaların sonunda bəlli olacaq.