Yazını böyüt
Yazını kiçilt
Xətai rayonu ərazisində “BMW” markalı avtomobillə yolu keçən piyada vurulub.
Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, yanvarın 1-də saat 22 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini F.Səfərli idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Elnar Eynullayevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Sabirabadda da analoji hadisə baş verib.
Yanvarın 1-də saat 7 radələrində Sabirabad şəhəri ərazisində Saatlı rayon sakini M.Sarıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Vüsal Əkbərovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.