Bakıda 25 nəfəri gün vurub - RƏSMİ 

15:56 18.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 nəfər müraciət edib.

 

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölməlrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.


Z.Ədilova qeyd edib ki, onlardan 17 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib:

 

"Müraciət edənlərdən 19-u böyük, 6-sı uşaq olub".