Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı tədbir təşkil edilib

16:10 16.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nizami Kino Mərkəzində “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı xüsusi tədbir keçirilib.

Hafta.az xəbər verir ki, festival çərçivəsində BAFTA və “Oscar” mükafatlı Böyük Britaniya filmləri nümayiş olunub.

Həmçinin britaniyalı tanınmış animasiya prodüseri Aaron Wood “Animasiya istehsalı”, “Layihənin inkişaf etdirilməsi” və “Pitçinq” mövzularında mühazirələr oxuyub.

Festival “Peri Film” MMC və Azərbaycan Animasiya Assosiasiyası tərəfindən təşkil olunub, “British Council” tərəfindən dəstəklənib. Festivalın media tərəfdaşı isə məşhur animasiya jurnalı “Skwigly”dir.