Bakıda ağaclıq ərazidə baş vermiş yanğın söndürülüb

22:30 11.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən hafta.az-a bildirilib ki, ilkin məlumata əsasən, təqribən 700 kvadratmetr sahədə quru ot və ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.