Bakıda dəhşətli qətl - Qardaş bacısının boğazını kəsərək öldürdü

10:04 07.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qətl hadisəsi olub.

Hafta.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 12, mənzil 26-da qeydə alınıb.

Belə ki, Zəngilan rayon sakini, Sahib Ələkbər oğlu Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgüclə kəsərək qətlə yetirib.

Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gələrək cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.