Bakıda gözəllik salonu və mağazalardan oğurluq edildi

14:24 31.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda gözəllik salonunu və mağazalardan oğurluq edən şəxs saxlanılıb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan E.Hümbətovun ətrafında Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının aparıldıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 gözəllik salonundan və 2 mağazadan ümumilikdə 690 manat pul, 385 manat dəyərində telefon aksesuarları və 550 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.