Bakıda “Hyundai” yanıb

12:37 22.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi, ön təkərləri və şüşəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.