Yazını böyüt
Yazını kiçilt
Bakıda iki sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) hafta.az-a verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında qeydə alınıb.
Qəza nəticəsində minik avtomobili, eləcə də 131 və 198 nömrəli avtobuslar toqquşub, nəticədə 7 sərnişin xəsarət alıb.
Qəza ilə əlaqədar Agentlik tərəfindən araşdırma aparılır.