Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda İtaliya Musiqi həftəsinə start verilir.
Hafta.az yazır ki, musiqi həftəsi Bakı Musiqi Akademiyasının İtaliyanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı çərçivəsində ilk möhtəşəm konsert təşkil olunacaq. Oktyabrın 9-da Bakı Musiqi Akademiyasının Böyük Zalında baş tutacaq konsertdə Padovanın Pollini Konservatoriyasının nümayəndələri konsert verəcəklər.
Saat 7-də başlayacaq konsertdə italiyalı bəstəkarlar Ottorino Respighi və Nino Rota ilə yanaşı, Azərbaycan bəstəkarları Soltan Hacıbəyov və Fikrət Əmirovun qələmə aldığı musiqi əsərləri səsləndirilcək.