Bakıda jurnalistlər binasında yanğın olub - YENİLƏNİB

21:22 20.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakıda jurnalistlərə verilən binada yanğın olub.

Hafta.az-ın məlumatına görə, hadisə axşam saatlarında baş verib.

Jurnalistlər şəhərciyində 1-ci binanın 13-cü mərtəbəsində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.