Bakıda qadının bank hesabından pul oğurlanıb

14:21 29.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

   

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Abbasovanın bank hesabından 712 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Rəhimov saxlanılıb, daha bir şəxs isə müəyyən edilib.