Bakıda qanlı cinayət - Müəllimə əri tərəfindən öldürüldü

09:44 21.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə hafta.az-a Suraxanı rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.