Bakıda Türkmənistanın neytrallığının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

14:35 08.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkmənistanın ölkəmizdəki Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Maqtımqulu Fraqi adına Türkmən Ədəbiyyatı Mərkəzində Türkmənistanın daimi bitərəfliyinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə AMEA-nın rəhbər heyyəti və əməkdaşları, Azərbaycanda təhsil alan türkmən tələbələr iştirak ediblər.

Türkmənistanın müsbət neytrallıq siyasətinin əhəmiyyətinə və ondan planetdə sülhün və sabitliyin möhkəmləndirilməsində konstruktiv mexanizm kimi istifadəsinə xüsusi diqqət yetirilib. Görüş iştirakçıları Türkmənistanın BMT çərçivəsində sülhsevər təşəbbüslərini müzakirə ediblər.
Tədbirdə Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun “Maqtumqulu - dünyanın mütəfəkkiri” kitabının təqdimatı olub.

Görüş iştirakçıları kitabın məzmunu ilə tanış olub, türkmən xalqını birliyə çağıran Maqtımqulu Fraqinin həyat və yaradıcılığına dair elmi-tarixi məlumatları yüksək qiymətləndiriblər.

Kitabda tərəfsiz Türkmənistanın inkişaf prosesində təhsil və elmin əhəmiyyəti qeyd olunur.