Bakıda yeni park salınacaq

13:53 29.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Yaxın gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov və Sergey Senyuşkin küçələrindəki fərdi yaşayış evlərinin köçürülməsi və ərazidə park salınması nəzərdə tutulur.

Bu barədə hafta.az-a Xətai rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar müvafiq qurumların nümayəndələri sakinlərlə görüşlər keçiriblər, hazırda ölçmə işləri aparılır.

Xatırladaq ki, qeyd olunan ərazi "Sevirəm" parkının yaxınlığındadır.