Bakıda Zəfər yürüş keçiriləcək

11:56 06.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək.

 

Hafta.az xəbər verir ki, aksiya noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

 

Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.(report.az)