Bakıdan İslamabada uçuşlara başladı 

15:58 03.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Pakistanın paytaxtı İslamabada və əks istiqamətdə uçuşlara başlayıb.

 

Hafta.az xəbər verir ki, ilk aviareys noyabrın 1-də baş tutub.

 

Bakıdan İslamabada uçuşlar hər həftənin çərşənbə və şənbə günləri, saat 21:30-da həyata keçiriləcək.

 

Xatırladaq ki, hazırda AZAL Pakistanın Lahor şəhərinə də aviareyslər yerinə yetirir.