Hazırda ölkə üzrə əmtəəlik akvakultura məhsullarının illik istehsal həcmi təxminən 4 000 ton təşkil edir ki, bu da ölkədaxili istehlakın yalnız kiçik bir hissəsini qarşılayır. 2030-cu ilə qədər akvakultura məhsulları istehsalının həcminin ən azı iki dəfə artırılması əsas hədəf kimi müəyyən edilib.
Hafta.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.
Qeyd olunub ki, Azərbaycanda balıqçılıq sahəsinin inkişafına nail olmaq üçün hazırda ilkin mərhələdə istehsal həcminə bağlı subsidiyaların tətbiqi ilə bağlı layihə üzərində iş aparılır. Bununla yanaşı, balıqçılıqda istifadə olunan müəyyən material və avadanlıqların ölkəyə idxalı zamanı güzəştlərin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, gələcək illərdə akvakultura subyektləri üçün aqrar kredit və aqrar sığorta mexanizmlərinin yaradılması planlaşdırılır.