Yazını böyüt
Yazını kiçilt
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan hafta.az-a verilən məlumata görə, hərracda tələb 96,3 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
"Hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır", - açıqlamada deyilir.