Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, Baş prokuror sentyabrın 25-də Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
K.Əliyevi Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, nümayəndə heyətinin üzvləri və səfirliyin əməkdaşları müşayiət ediblər.