Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü 

20:19 06.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Marneuli bazarında baş verən silahlı insident zamanı yaralanan 27 yaşlı azərbaycanlı Sahib Bayramov xəstəxanada dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Hadisə zamanı güllə yarası alan ata Telman Bayramovun vəziyyəti stabil, lakin ağırdır.

Ata və oğulun güllələndikləri zərgərlik mağazasının sahibləri olduğu bildirilir.

Hadisənin motivi məlum deyil./modern/