BDU-da Mədəniyyət-yaradıcılıq mərkəzi yaradılıb

15:59 19.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-yaradıcılıq mərkəzi yaradılıb. Mərkəz tələbələrin sosial fəallığının artırılması, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunub.

Bu barədə hafta.az-a BDU-dan məlumat verilib. Mərkəzə tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli direktor təyin olunub.

Mərkəzin bazasında qızlardan və oğlanlardan ibarət instrumental və rəqs ansamblının, ölkə festivallarına, respublikadan kənarda keçirilən tədbirlərə qatılmaq üçün tələbələrdən ibarət qrupların təşkili nəzərdə tutulur.

Mərkəz ölkələrarası mədəni münasibətlərin genişlənməsi, Azərbaycanın zəngin mədəniyyətinin təbliği işinə də töhfə verməyə çalışacaq.